Ağdaş xəstəxanasına qol sınığıyla gətirilən uşaq ölüb

Ağdaş xəstəxanasına qol sınığıyla gətirilən uşaq ölüb
11 İyul 2017
Mətni dəyiş
Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilən qolu sınmış uşağ əməliyyatdan öncə ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Xəstəxanadan məlumat təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun