ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna namizəd irəli sürülüb

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna namizəd irəli sürülüb
26 İyul 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna Wess Mitchell-in namizədliyini irəli sürüb.

“RİA Novosti”-nin məlumatına görə, Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPE) həmtəsisçisi olan Wess Mitchell-in namizədliyi ABŞ Senatda nəzərdən keçiriləcək.

Barak Obama administrasiyasında dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsində Victoria Nuland çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun