“15 aydır maaş ala, çempionata hazırlaşa bilmirik” - tanınmış güləşçilər aksiya keçirib

“15 aydır maaş ala, çempionata hazırlaşa bilmirik” - tanınmış güləşçilər aksiya keçirib
28 İyul 2017
Mətni dəyiş

Bu gün, iyulun 28-də Azərbaycan Güləş Federasiyasının qarşısında milli komandanın güləşçiləri etiraz aksiyası keçiriblər.

Olimpiya çempionları, tanınmış idmançılar federasiyanın idmançılara qarşı biganəliyindən, uzun müddətdir maaşlarını ala bilməməklərin, şəraitsizlikdən şikayət ediblər.

Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″ olimpiadasının bürünc mükafatçısı Rəsul Cunayevin bildirib ki, 15 aydır maaş ala bilmirlər və dünya çempionatına 1 aydan da az qalmasına baxmayaraq şəraitsizlikdən çempionata hazırlaşa bilmirlər:

"Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Biz bu şəraitdə necə qalib gələ bilərik? 15 aydır maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər, etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum".

"Məşqlər keçirilmir, zalda içməyə su belə verilmir"

Dünya çempionu bildirib ki, bir ildən artıqdır təlim-məşq toplanıtısı keçirilmir. Federasiya tərəfindən heç bir addım atılmır:

"Yarışlarda nəticə göstərməyəndə də, tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Heç birimizə maaşlar verilməyib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışam.

3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb aydınlıq gətirmir ki, niyə bizim üçün maliyyə ayrılmır. Bugün-sabah deyə-deyə il yarımdır problemlər davam edir”.

"Moykada işə düzələn idmançılar var"

Tanınmış güləşçi Hacı Əliyev də etiraz edənlər sırasındadır. O bidirib ki, rəhbərlik prezidentin tapşırıqlarına əməl etmir, əksinə idmançıları ölkədən qaçırdır:

"Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Prezidentin idmanımızın inkişafı ilə bağlı tapşırıqlara bu federasiyada əməl edən yoxdur. Riodan qayıdanlar hələ də mükafatlarını ala bilməyiblər. Nə həkim yoxlanışından keçə bilirik, nə də idman zallarımız normaldır. Çox pis vəziyyətdəyik".

Etiraz edənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Bir müddət öncə Türkmənistan milli komandasından təklif aldığını etiraf edən T.Əsgərov maaşlarını ala bilmədikləri üçün federasiya rəhbərliyindən şikayət edib.

Güləş Federasiyanının prezidenti Vergilər Naziri Fazil Məmmədovdur.

Fotolar: Azxeber.com

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun