Younes Belhanda Qalatasarayla 4 illik müqavilə bağladı

Younes Belhanda Qalatasarayla 4 illik müqavilə bağladı
30 İyun 2017
Mətni dəyiş
Türkiyənin "Qalatasaray" klubu növbəti futbolçu transferini həyata keçirib.
Abzas.net xəbər verir ki, "Dinamo Kiyev"-dən alınan Belhanda ilə 4 illik müqavilə bağıanıb.
Türk klubu bu keçidə görə ukraynalılara 8 milyon avro ödəyəcək. Belhanda isə hər ilinə 3.35 milyon avro əmək haqqı alacaq. Bundan əlavə 2 milyon avro da bonus nəzərdə tutulub. “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda, 500 min avro, Avropa Liqasının qrupuna düşəcəyi təqdirdə isə 250 min avro bonus əldə edəcək. Üstəlik, mərakeşli yarımmüdafiəçi iştirak edəcəyi matçlarda “sarı-qırmızılar”ın qazanacaqları hər bir xal üçün 5 min avro mükafat götürəcək.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Yunes Belhanda karyerasına 2007-ci ildə Fransa "Monpelye"sində başlayıb. O, "Dinamo"ya 2013-cü ildə keçib. Belhanda 2016-cı ilin yanvarında Almaniya "Şalke"sinə, həmin il avqustun 31-də isə Fransa "Nitsa"sına icarəyə verilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun