Xəzərdə batan azərbaycanlı modelin ölümü ilə bağlı cinayət işi başlanılıb

Xəzərdə batan azərbaycanlı modelin ölümü ilə bağlı cinayət işi başlanılıb
29 İyun 2017
Mətni dəyiş
 Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
aQeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.
Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun