Türkiyə Rusiya buğdasının idxalına tətbiq edilən məhdudiyyətləri ləğv edib

Türkiyə Rusiya buğdasının idxalına tətbiq edilən məhdudiyyətləri ləğv edib
2 İyun 2017
Mətni dəyiş
Türkiyə hökuməti Rusiya buğdasının ölkəyə idxalına tətbiq olunan məhdudiyyətləri ləğv edib, Rusiya isə, öz növbəsində, Türkiyə ilə qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırdır.
Bunu Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib.
“Artıq heç bir mübahisə yoxdur. Türkiyədə bizi gözləyirlər, hər şey yaxşıdır, heç bir problem yoxdur.  Biz qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırıq. Türkiyənin buğda bazarı bizim üçün prioritetdir, biz orada 3 mln. tondan çox buğda satırıq. Bu yaxşı rəqəmlərdir”, - deyə Tkaçov Peterburq İqtisadi Forumda bildirib.
Türkiyə hökuməti martın 15-dən ölkə daxilində emal olunan bəzi kənd təsərrüfatı məhsullarının (buğda və günəbaxan yağı daxil olmaqla) tədarük qaydalarına dəyişiklik edib. Dəyişikliklərə əsasən, Rusiya rüsumsuz tədarük hüququna malik ölkələrin siyahısına daxil edilməyib. Buna səbəb Türkiyə mallarının (xüsusən, pomidorlarının) Rusiyaya tədarükünə qoyulan qadağanın qismən qüvvədə qalması olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun