Trump-ın qolf klublarında saxta "Time" jurnalları tapılıb

Trump-ın qolf klublarında saxta "Time" jurnalları tapılıb
28 İyun 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump-ın qolf klublarında üz qabığında onun şəkilləri olan saxta "Time" jurnalları tapılıb.
Abzas.net "Washington Post" qəzetinə istinadən xəbər verir ki, Trump-ın ən azı 5 qolf klubunda, üz qabığında milyarderin şəkli olan nüfüzlü "Time" jurnalının saxta plakatları divardan asılıb.
Üz qabığında qeyd olunub ki, bu jurnal 1 mart 2009-cu il buraxılışıdır. Əslində isə "Time" jurnalının bu tarixdə buraxılışı yoxdur. Bundan əlavə 2009-cu ildə Trump-ın şəkli ümumiyyətlə jurnalın heç bir buraxılışının üz qabığında olmayıb.
Başqa fərqlər də var: qabıqdakı başlıqlarda sual işarələri var, halbuki "Time" adətən belə başlıqlar qoymur, eyni zamanda üz qabığının dizaynı da fərqlənir.
"Time" jurnalı Trump-la olan üz qabıqlarının saxta olduğunu təsdiq edib və o plakatları qolf klublarının divarlarından yığışdırmağı tələb edib.
Əsl buraxılış 2 mart tarixində çıxıb və onun uz qabığında aktrisa Kate Winslet-in şəkli olub. Həmin buraxılışda Trump haqda ümumiyyətlə heç nə olmayıb.
Ağ evin nümayəndəsi Sara Hakabi Sanders qolf klublarla bağlı məsələyə münasibət bildirməyəcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun