TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb

TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb
29 İyun 2017
Mətni dəyiş
Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu Devoll bələdiyyəsi ilə birgə Albaniyada 3 km uzunluğunda yeni yolun tikintisini tamamlayıb.
“Report” konsorsiuma istinadən xəbər verir ki, yeni yol TAP-ın hazırda inşası davam etdirilən Vişosika yaxınlığındakı ölçü stansiyasına keçid imkanı yaradır.
Yeni yolun tikintisi barədə qərar Devoll bələdiyyəsi ilə sıx məsləhətləşmələrdən sonra qəbul edilib.
TAP-ın yol infrastrukturunu təkmilləşdirmək üzrə ümumi kampaniyası 2015-ci ilin iyul ayında başlayıb. İlk mərhələ çərçivəsində 58 km-dən çox yol yenidən qurulub, 2 yeni körpü inşa olunub və 40 körpü isə təmir edilib. İkinci mərhələyə isə 120 km uzunluğunda yolun yenidən qurulması daxildir. Hazırda 60 km-dən çox yol yenidən qurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun