Sel Bakı-Şamaxı yolunu bağlayıb

Sel Bakı-Şamaxı yolunu bağlayıb
2 İyun 2017
Mətni dəyiş
Ötən gecə güclü leysan yağışları Böyük Qafqaz dağlarında selə səbəb olub.
Qobustan ərazisində çətin vəziyyət yaranıb. Sel Qobustan ərazisindən keçən magistral yolda hərəkətin dayandırılmasına, Bakı-Şamaxı avtomobil yolunun Ceyrankeçməz dərəsi adlanan ərazidə magistralın bağlanmasına səbəb olub.
Yerli mnbələrin və FHN-in məlumatına görə, çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb və körpüyə ziyan dəyib. Yolların təmizlənməsi və bərpası işləri aparılır.
Yolda 500-dək avtomobil qalıb.
Qeyd edək ki, bu yol 10 ildir ki, təmir olunur.
Əvvəlcə nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyilə 250 mln. dollarlıq yenidənqurma işləri aparılıb.
Sonra hakimiyyət daha 250 mln. dolların hesabına yolu genişləndirməyi qərara alıb, elə o vaxtdan təmir işləri gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun