Respublika Bankın qarşısında özünü yandıran şəxs vəfat edib

Respublika Bankın qarşısında özünü yandıran şəxs vəfat edib
10 İyun 2017
Mətni dəyiş
May ayında Respublika Bankın filialının qarşısında özünü yandıran Manafov Ramiz Manaf oğlu iyunun 9-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qohumlarının dediyinə görə, Ramiz Manafovun banka 165 min manat borcu olub. Krediti dollarla götürdüyündən iki devalvasiya nəticəsində onun banka olan borcu əhəmiyyətli dərəcədə artıb.
Ramiz Manafov mayın 24-də Səbail rayonu, Neftçilər prospektində “Bank Respublika”nın filialı qarşısında özünü yandırıb.
Oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra ödəyə bilməyib.
“Bank Respublika”nın baş ofisinin əməkdaşları xəstəxanaya gəlib ailəyə kreditlə bağlı güzəşt etməyəcəklərini deyiblər.
Bank Respublika hadisə ilə bağlı gün boyu açıqlama verəcəyini desələr də, məlumat yaymayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun