Prezident Ağstafa-Köçəsgər yolunun tikintisinə 4,8 milyon manat ayırıb

Prezident Ağstafa-Köçəsgər yolunun tikintisinə 4,8 milyon manat ayırıb
11 İyun 2017
Mətni dəyiş
Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sənədə əsasən yolun çəkilməsi üçün vəsait “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılır.
Ağstafa-Köçəsgər avtomobil yolu on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Maliyyə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Sənəddə deyilir ki, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun