Neftdən asılı ölkələrin vəziyyəti daha da pisləşəcək

Neftdən asılı ölkələrin vəziyyəti daha da pisləşəcək
14 İyun 2017
Mətni dəyiş
Beynəlxalq Enerji Agentliyi (IEA) 2018-ci il üçün verdiyi  ilk proqnozunda, OPEC-ə üzvü olmayan ölkələrdə neft hasilatının artmasının, 2018-ci ildə tələbdə baş verəcək artımı üstələyəcəyini bildirib. Qısası təklif tələbi üstələyəcəyindən qiymətlər daha da aşağı düşə bilər.
Bu vəziyyətdə, OPEC hasilatın məhdudlaşdırmasını genişləndirmək məcburiyyətində qala bilər.
Beynəlxalq Enerji Agentliyindən verilən məlumata görə, ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan neft istehsalçısı ölkələr, istehsalda gələn il son dörd ilin ən böyük artımını edəcəklər. Bu səbəblə, OPEC və tərəfdaşlarının gələn ilin yazına qədər neft hasilatını azaltmaları yetərsiz  olacaqdır.
Parisdə yerləşən  Beynəlxalq Enerji Agentliyi, 2018-ci il üçün yayımladığı ilk hesabatın, təklifi “tormozlamaq” istəyən istehsalçılar üçün “ayıldıcı” xarakterdə olduğunu bildirib.
Azərbaycan da OPEC-in neft hasilatının azaldılmasını nəzərdə tutan müqaviləsinə qoşulub. Neft isə inad edərək bahalaşmaq istəmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun