Nazirlik: Tibb müəssisələrinin texniki təchizatı qaneedici deyil

Nazirlik: Tibb müəssisələrinin texniki təchizatı qaneedici deyil
30 İyun 2017
Mətni dəyiş
"Profilaktik peyvəndlərin vaxtı barədə SMS xidməti vətəndaşlar tərəfindən o qədər də aktiv istifadə olunmur".
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə APA-ya bildirib ki, mövcud olan xidmətə tələbat azdır:
"Tələbatın az olması bəlkə də əhalinin məlumatsızlığından ola bilər. Xidmətdən istifadə etmək üçün mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözünü və uşağın “Elktron Sağlamlıq Kartı”ndakı 12 rəqəmli Unikal kodu qısa mesajla (SMS) göndərmək lazımdır. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Bəlkə də bizdə vətəndaşlar uşaqlarının həkimləri ilə birbaşa çox sıx əlaqədə olduğu üçün bu sistemə ehtiyacları olmur”.
C.Əsədzadə qeyd edib  ki, ölkədə vətəndaşların tələbatından asılı olaraq daha çox sahələrdə Sms xidmətini istifadə etmək olar. Nazirlik rəsmisi bildirib ki, vətəndaşlar Sms xidmətindən daha çox “Qaynar xəttə”, Elektron Səhiyyə Mərkəzinə və yerlərdə həkimlərə müraciət edir.
Mərkəz direktoru ölkədə tətbiqi nəzərdə tutulan icbari sığorta sisteminə tibb müəssisələrinin nə dərəcədə hazır olub-olmaması barədə danışarkən deyib ki, icbari tibbi sığortaya keçidlə bağlı müəyyən xidmətlərin elektronlaşdırılması, poliklinika, xəstəxanalardan bütün məlumatların elektron sistem vasitəsilə göndərilməsi istiqamətində müəyyən işlər görülməlidi:
"Bunun üçün tibb müəssisələrində müəyyən səviyyədə imkanlar var. Amma təbii ki, tibb müəssisələrinin kompyuter və texniki təchizatı qaneedici səviyyədə deyil. Bu vəziyyət daha çox poliklinikalarda, ambultor xidmətlərdə özünü göstərir. Onların da yeni sistemə aktiv qoşulması üçün kompyuter sayının artırılması məqsədəuyğun olardı. Kadr məsələlərinə gəlincə, həkimlər, orta tibb işçiləri, tibbi personalı az-çox kompyuter texnologiyaları ilə tanışdırlar. Amma onlar yeni sistemlərə keçid zamanı müxtəlif təlimlərdən keçirlər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun