NATO: "2017-ci ildə müdafiə xərcləri artacaq"

NATO: "2017-ci ildə müdafiə xərcləri artacaq"
28 İyun 2017
Mətni dəyiş

NATO-dan bildiriblər ki, 2017-ci ildə müdafiə xərcləri artacaq

"Ölkə.Az" xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq Kanada və Avropa ölkələrinin müdafiə xərcləri barədə maraqlı açıqlamalar verib.

Stoltenberq bildirib ki, 2017-ci ildə Kanada və Avropa ölkələrinin müdafiə xərcləri 4.3 % artacaq. Stoltenberq həm də qeyd edib ki, 2014-cü ildən bu yana müdafiə xərclərində 46 milyard dollarlıq bir artım var.

Baş katib deyib: "Beynəlxalq gücümüzü qorumaq üçün müdafiə xərclərinin artırılması lazımdır. Alyansdakı yükün daha ədalətli bir şəkildən bölüşdürülməsi üçün çalışmağa davam etməliyik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun