NATO Əfqanıstana əlavə hərbçi göndərəcək

NATO Əfqanıstana əlavə hərbçi göndərəcək
29 İyun 2017
Mətni dəyiş
NATO-ya üzv olan 15 ölkə Əfqanıstana əlavə qoşun göndərəcəyini bildirib.
TASS-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq söyləyib.
“NATO-nun Əfqanıstanda mövcudluğunu və mövqeyini gücləndirdiyini təsdiqləyə bilərəm. 15 ölkə artıq Əfqanıstana əlavə hərbçi göndərəcəyini bildirib. Mən onların daha çox olacağını gözləyirəm. Söhbət onların yenidən döyüş əməliyyatlarına qayıdacağından getmir. Bu, NATO-nun yerli milli qüvvələri hazırlaması üzrə həmkarlığını nümayiş etdirməsidir. Əsas məsələ Əfqanıstan xüsusi təyinatlı qüvvələri və aviasiyasının hazırlığının güclənməsidir. NATO-nun Əfqanıstandakı əməliyyat komandanlığı 4 min əlavə hərbçi göndərilməsini istəyib”, - Yens Stoltenberq vurğulayıb.
Qeyd edək ki, NATO 2014-cü ildə Əfqanıstandan hərbçilərini çıxarması işini başa çatdırıb. Hazırda “Qətiyyətli dəstək” proqramı çərçivəsində alyansın bu ölkədə 13,5 min hərbçisi fəaliyyət göstərir. Onlar Əfqanıstan hərbçiləri və təhlükəsizlik qüvvələrini təlimatlandırırlar. NATO Əfqanıstan ordusuna hər il 5 milyard dollara yaxın maliyyə dəstəyi verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun