Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində qəza baş verib – yaralılar var

Bu gün, iyunun 28-də saat 13:50 radələrində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları qayıqlarında qəzaya uğrayıblar.
Geoloqlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən, qayıq idarəetməni itirib və 34 saylı meydançanın ayağına dəyiblər.
Caspian Barrel SOCAR-a istinadən məlumat verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Bakı şəhər xəstəxanasına çatdırılıb.
SOCAR bildirir ki, qayıqla toqquşma nəticəsində meydançaya və orada çalışan SOCAR əməkdaşlarına heç bir zərər dəyməyib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.