"Morning Joe" Trump-ın tənqidlərinə tuş gəlib

"Morning Joe" Trump-ın tənqidlərinə tuş gəlib
30 İyun 2017
Mətni dəyiş
ABŞ prezidenti xəbər mediasını yenidən tənqid atəşinə tutub. Donald Trump məşhur televiziya kommentatorunu lağa qoyub.
Uzun müddətdir əsas agentliklərin yalan məlumat yaymaqda ittiham edən prezident son Twitter statusunda Morning Joe proqramının aparıcısı Mika Brzezinski və onun nişanlısıJoe Scarborough haqda belə yazıb:
"Mən çox aşağı reytinqə malik olan @Morning_Joe-nun mənim haqda çox mənfi danışdığını eşitdim. Necə olur ki, aşağı İ.Q-ya malik olan ağılsız Mika və psix Jo yeni il ərəfəsində 3 gecə biri-birinin ardınca mənə qoşulmaq istəyirdilər. Dərisini çəkdirdiyinə görə, üzü qan içində idi. Mən dedim yox!"
Cütlük isə bildirirb ki, onlar Trump-ın inaqurasiyasından əvvəl onun mühahibə keçirmək üçün onun Floridadakı Mar-a-Lago malikanəsinə gedib.
Trump vəzifəyə gəlmədən öncə bir neçə dəfə Morning Joe şousunun qonağı olub. Lakin prezident onun prezidentliyini tənqid edən xəbər agetliyində artıq görünməyəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun