Metropolitenin rəisi əmr imzalayıb: "Azı 500 işçisi ixtisar olunacaq" [Foto]

Metropolitenin rəisi əmr imzalayıb: "Azı 500 işçisi ixtisar olunacaq" [Foto]
23 İyun 2017
Mətni dəyiş
“Bakı Metropoliteni” QSC-də yeni ixtisarlar gözlənilir. Bu barədə Azadlıq qəzetinin redaksiyasına məlumat daxil olub.
Məlumatda bildirilir ki, bu yaxınlarda “Bakı Metropoliteni” QSC-nin sədri əmr imzalayıb. Həmin əmrin surəti də redaksiyamıza göndərilib.
Əmrin 3-cü bəndində açıq-aşkar “ixtisar olunmaq” sözü yazılıb.
İki Tunel və Əsaslı Tikinti dəstəsi ləğv olunur
Əmrə əsasən yaradılacaq yeni strukturun sxemində 1 saylı və 2 saylı Tunel və Əsaslı Tikinti dəstəsi yaradılması gözlənilir.
Hazırda isə 4 Tunel və Əsaslı Tikinti dəstəsi mövcuddur. Deməli, əmrə əsasən 2 Tunel Tikinti dəstəsi ləğv olur, yalnız ikisi qalır.
“Hər Tunel Tikinti Dəstəsində 200-300 adam işləyir. Deməli təkcə Tunel və Əsaslı Tikinti Dəstəsindən orta hesabla 500 adam ixtisar olunacaq. Bu ixtisarların tam həcmi deyil. Ola bilsin ki, yeni ixtisarlar da baş versin”, – deyə mənbə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun