Messinin toyuna qonaqlar 260 özəl təyyarə ilə gedəcəklər

Messinin toyuna qonaqlar 260 özəl təyyarə ilə gedəcəklər
30 İyun 2017
Mətni dəyiş
Barselonanın futbolçusu Lionel Messi Antonella Rokkuzzo ilә sabah evlәnir. Azadliq.infonun məlumatına görə, toy Lionel Messinin doğulduğu Argentinanın Rosario şәhәrindә olacaq. Toy üçün edilәn hazırlıqlar böyük diqqәtә sәbәb olub. İspaniya mәtbuatı ilin toyu olması gözlәnilәn toya 260 tәyyarәnin gedәcәyini yazır. Toy günü şәhәrdә 300 özәl tәhlükәsizlik nümayәndәsi iş başında olacaq. Ayrı-ayrı ölkәlәrdәn 150 jurnalistin Rosari şәhәrinә gedәcәyi mәlumdur artıq.
Lionel Messinin Antonella Rokkuzzodan Tiaqo vә Mateo adlı iki oğlu var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun