Mehman Qələndərovun ölümü haqqında iş üzrə araşdırma davam edir

Mehman Qələndərovun ölümü haqqında iş üzrə araşdırma davam edir
15 İyun 2017
Mətni dəyiş
Baş Prokurorluq Mehman Qələndərovun işi üzrə ilkin araşdırmanı davam etdirir və nəticələrdən asılı olaraq, qanun çərçivəsində qərar qəbul ediləcək. Bu barədə ölkənin Baş Prokurorluğun məlumatında deyilir.
Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə Bakının Sabunçu rayon məhkəməsi aprelin 28-də Azərbaycan CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açıb, mayın 1-dən isə istintaqı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi davam etdirib.
Baş Prokurorluğun məlumatı 1 saylı Kürdəxanı istintaq təcridxanasında bloger Mehman Qələndərovun ölümünün araşdırılmasına ictimai nəzarət məqsədilə formalaşdırılmış Preventiv Reaksiya Qrupuna göndərilib.
PRQ mayın 2-də Baş Prokurorluğa məktub göndərib, Qələndərovun intihar etməsi haqqında versiyadan şübhə etdiyini bildirib.
Məktubda qeyd edilirdi ki, fevralın 7-də Qələndərov Bakıda H.Əliyevin abidəsi qarşısında siyasi aksiya keçirib, sonradan narkotik saxlamaq ittihamı ilə həbs edilib. Həbsindən sonra polisdə işgəncələrə məruz qalıb.
PRQ Penitensiar Xidmətin ilkin olaraq Qələndərovun ölümünü təkzib etdiyinə, daha sonra isə onun intihar etdiyini bildirdiyinə diqqət çəkir. Bu məlumat mərhumun gizlincə dəfn edilməsindən sonra verilib.
Qələndərov vətəndaş fəalı idi və hökumət əleyhinə bir çox aksiyalarda iştirak edirdi. O, bir müddət Tbilisidə yaşayıb, 2016-cı il sentyabrın 26-da Azərbaycanda prezidentin idarəetmə müddətinin artırılması ilə bağlı referendum keçirilərkən Qələndərov Tbilisidə səfirlik qarşısında "Kral istəmirik!" şüarı ilə aksiya təşkil edib.
Sonradan o, Tbilisidə Azərbaycanda Heydər Əliyevin abidəsində şüar yazdıqdan sonra həbs olunan Bayram Məmmədovun hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyada iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun