Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib

Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib
27 İyun 2017
Mətni dəyiş
Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarto ölkəsinin Akademiyaya tam müşahidəçi statusu əldə etməsi üçün rəsmi müraciət edib.
APA-nın xəbərinə görə, görüşdə xarici işlər və xarici ticarət naziri ilə birlikdə dövlət katibi İştvan Mikola, dövlət katibinin yardımçısı Zolt Çutora, nazirliyin Mərkəzi-Şərqi Avropa və Orta Asiya ölkələri idarəsinin rəhbəri Viktor Sederkini, Macarıstanın Astanadakı səfiri Andraş Barani ve Qazaxıstanın Budapeştdəki səfiri Rüstem Nurbahov iştirak ediblər.
Akademiya prezidenti Darxan Kıdırali TWESCO-nun fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.
Macarıstanlı nazir də öz növbəsində ortaq dəyərlərin va tarixin araşdırılmasında Beynəlxalq Türk Akademiyasının rolunu qeyd edərək, TWESCO-nun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə tərəflər ikitərəfli elmi əməkdaşlığın daha da genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda Macarıstanla Akademiya arasında indiyədək gerçəkləşdirilən layihələr və Macarıstan Elmlər Akademiyası ilə əlaqələr barədə məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Türk dünyasının ortaq beynəlxalq qurumları arasında müşahidəçi statusu üçün müraciət qəbul edən ilk təşkilatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun