Məhşur gülüş ustası: "İlahi, Rusiyadan Amerikaya qayıtmaq necə də xoşdur"

Məhşur gülüş ustası: "İlahi, Rusiyadan Amerikaya qayıtmaq necə də xoşdur"
28 İyun 2017
Mətni dəyiş
Komik Stephen Colbert Rusiyaya səfərini belə şərh edib: "İlahi, Amerikaya qayıtmaq necə də xoşdur".
Abzas.net xəbər verir ki, iyunun ortasında gülüş ustası Stephen Colbert Sankt-Peterburq və Moskvada səfərdə olub.
Rusiyada Colbert özünün "The Late Show" proqramı üçün Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə həsr olunacaq növbəti epizodlarını çəkirdi.
"İlahi, Amerikaya qayıtmaq necə də xoşdur" - Colbert Amerikaya qayıtdıqdan sonra ilk efirindəcə deyib.
"Siz bilirsiz mənim Rusiya səfərimdən kim xəbərdar idi? Rus kəşfiyyatı. Görünür mənim dəlisov fanatlarımdır. Hər yerdə mənim arxamca gəzirdilər".
Həmçinin, gülüş ustası zarafat edərək amerikan agentlərinin də diqqətini cəlb etdiyini, buna layiq olduğunu vurğulayıb.
Rusiyada Colbert "Вечерний Ургант" verilişinin qonağı olub. Komik İvan Urqanta 2020-ci ildə prezident seçkilərinə namizədliyini irəli sürmək istədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun