Londonda "terror hadisələri": ölən və yaralananların olduğu bildirilir [foto-video]

Londonda "terror hadisələri": ölən və yaralananların olduğu bildirilir [foto-video]
4 İyun 2017
Mətni dəyiş
Britaniya polisinin məlumatına görə Londonun üç müxtəlif yerində baş vermiş hadisələr "terror aktı" kimi qiymətləndirilir.
BBC polisə istinadən bildirir ki, hadisələr nəticəsində azı iki ölən var.
London polisi xəbər verir ki, şəhərin mərkəzindəki London Bridge dəmir yolu stansiyasının yaxınlığında avtofurqon piyadaların üstünə sürülüb və hadisə nəticəsində 20-dək xəsarət alan var.
Britaniya mediası hadisənin “terror hücumu” ola biləcəyini və atəş səslərinin eşidildiyini xəbər verir.
Bəzi təsdiq olunmamış xəbərlərə görə yeddiyədək adam bıçaqlanıb. Xəsarət alanlardan birinin polis nəfəri olduğu bildirilir.
Şahidlər “Aralıq dənizi hövzəsi əsilli şəxslərə bənzəyən” üç nəfərin avtofurqondan küçəyə atılaraq yoldan ötənlərə bıçaq zərbələri endirdiyini deyiblər.
Londonun başqa bir hissəsində - Borough Market rayonunda da hadisə baş verdiyi bildirilir. Bıçaq hücumu buradakı restoranda baş verib.
Şəkillərin üstünə vuraraq tam ölçüdə baxa bilərsiniz.
[gallery size="large" td_gallery_title_input="Şəkillərin üstünə vuraraq tam ölçüdə baxa bilərsiniz" link="none" ids="36303,36304,36305,36306,36307"] [embed]https://www.youtube.com/watch?v=ytEfrfSFW4A[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun