KXDR rəhbərliyi Cənubi Koreyanın keçmiş prezidentini edam etmək istəyir

KXDR rəhbərliyi Cənubi Koreyanın keçmiş prezidentini edam etmək istəyir
29 İyun 2017
Mətni dəyiş
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyət orqanları Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xe və sabiq kəşfiyyat rəhbəri barəsində ölüm fərmanı çıxararaq onları KXDR liderini öldürməyə cəhddə ittiham ediblər.
"Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf agentliyi xəbər verir.
Xəbərdə bildirilir ki, Pxenyan Seuldan "müttəhimləri" bu ölkəyə verməyi tələb edir.
Agentliyin məlumatına görə, Pak Kın Xe Kim Çen Inın 2015-ci ildə öldürülməsi ilə bağlı sui-qəsdin ilhamçısı olub. Bununla əlaqədar "satqın" Pak Kın Xe edam edilməlidir.
Koreyanın Mərkəzi Teleqraf agentliyi qondarma sui-qəsddən necə məlumatlı olduğunu bildirmir. Lakin qeyd edək ki, bu həftə Yaponiyanın "Asahi Shimbun" qəzeti həmin mövzu barədə məqalə dərc edib.
Öz növbəsində Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyi bildirib ki, Kim Çen Inın öldürülməsi məqsədilə sui-qəsdin hazırlanması iddiasının heç bir əsası yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun