Kolumbiyada 150 turisti daşıyan gəmi batıb

Kolumbiyada 150 turisti daşıyan gəmi batıb
26 İyun 2017
Mətni dəyiş
Kolumbiyanın şimalında gəminin batması nəticəsində ən azı 6 nəfərin həlak olduğu, 20-ə yaxın insanın isə itkin düşdüyü bilidirilir.
Abzas.net xəbər verir ki, 25 iyun Kolumbiyanın Medelin şəhəri yaxınlığındakı Penyol su hövzəsində gəmi batıb. Gəminin göyərtəsində 150 nəfər olub.
Kolumbiya prezidenti Xuan Manuel Santosun sözlərinə görə qəza nəticəsində 6 nəfər həlak olub, 16 nəfər itkin düşüb.
Məlumata görə, "Almirante" gəmisi turistik-əyləncəli gəzintiyə çıxmışdı.
Qəzanın səbəbləri barədə heç bir məlumat yoxdur.
Hal-hazırda həlak olanların sayının 9 nəfərə çatdığı deyilir.
Son məlumata görə göyərtədə olan 150 sərnişindən 133-ü xilas edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun