"İyunun 1-dən 14-nə qədər uşaqlar məktəbə elə-belə gedir"

"İyunun 1-dən 14-nə qədər uşaqlar məktəbə elə-belə gedir"
11 İyun 2017
Mətni dəyiş
"Tədris ilinin müddətinin dəyişdirilməsinin təhsilin keyfiyyətinə heç cür təsir etmədiyini qəbul və buraxılış imtahanlarının göstəriciləri əks etdirir. Yəni tədrisin başlanğıc və bitiş tarixi onun keyfiyyəti üçün çox da əhəmiyyətli deyil".
Ekspert Kamran Əsədov tədris ilinin iyunun ortasına kimi uzadılması ilə bağlı cəmiyyətdən gələn narhatlaıqları vətəhsil siyasətinə məsul qurumların izahatlarını dəyərləndirərkən AzadlıqRadiosuna belə deyib.
Ekspert tədris müddətinin uzadılmasının ciddi psixoloji amil olduğunu vurğulayıb:
“SSRİ döründə uşaqlar sentyabrın 1-dən kütləvi şəkildə məktəbə getməyə başlayıblar. Həmin gün Bilik Günü idi və şüur altında indiyədək belə qalıb. Yəni sentyabrın 1-dən hamı instinktiv olaraq məktəbə hazırdır və 15 gün gözləmək onların psixologiyasına mənfi təsir göstərir”
Ekspert tədris müddətinin dəyişdirilməsinin çox incə, amma vacib məqamlar olduğunu da deyir.
“Bizdə tədris ili Avropada olduğundan qısa deyil”
“Məktəbli forması - bu da vacib məqamdır. Bütün orta ümumtəhsil müəssisələri vahid məktəbli formasına keçib. Dərslərin sentyabrın 15-də başlaması o deməkdir ki, uşaqlar cəmi 15 gün yay forması geyinəcək. Belə ki, oktyabrın 1-dən qış formasına keçilir. Bu, valideynlər üçün əlavə xərcdir. Dərslər sentyabrın 1-dən başlasaydı uşaq yay formasını bir ay geyinə bilərdi. Bundan başqa, tədris ilinin sentyabrın 15-dən başlamasını istilərlə əlaqələndirirlərsə, niyə abituriyentlərin və məktəblilərin həyatında ən böyük əhəmiyyət daşıyan qəbul imtahanlarını yayın ən qızğın vaxtında keçirirlər? ”.
Ekspert bildirir ki, Təhsil Nazirliyinin əsaslandırmasına görə, bizdə tədris ili Avropada olduğundan qısadır.
“Belə deyil. Məktəblərdə dərslər 34 həftə davam edir. Amma bir çox məktəblərdə "altıgünlük" sistem mövcuddur və uşaqlar həftənin 6 günü dərs keçir. Bu günləri hesablasaq, belə çıxır ki, Azərbaycanda məktəb ili 41 həftə davam edir.Ən əsası, iyunun 1-dən 14-nə qədər uşaqlar məktəbə elə-belə gedir. Məsələ ondadır ki, mayın sonlarından etibarən bütün dərsliklər yığılıb, müəllimlər isə tədris proqramını yekunlaşdırıb. 11-ci sinif şagirdləri aprelin 30-da və mayın 7-də artıq qəbul imtahanları veriblər. Onların bəziləri 700 bal yığıblar və göstəriblər ki, formal məktəb proqramını yekunlaşdırmadan da onu tamamilə mənimsəyiblər. Buna görə onlar bundan sonra məktəbə getmək istəmirlər və tamamilə haqlıdırlar”.
“Sentyabrın 1-də başla, mayın 31-də yekun vur”
Ekspert il ərzində uşaqların tətil müddətinin də qısa olduğunu vurğulayır.
“ Dini bayramlarda İngiltərədə uşaqlara 19 gün tətil verirlər. Bizdə isə il boyu uşaqları yükləyirlər, tətili isə yaya saxlayırlar. Bu, doğru deyil.Tədris ilini sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşdırmaq doğru olardı", deyə K.Əsədov qeyd edib.
Sovet dövründə və müstəqilliyin ilk illərində Azərbaycan məktəblilərinin tədris ili sentyabrın 1-dən mayın 25-nə qədər davam edirdi. Sonradan,bu sistemi dəyişdirdilər. Bunu sentyabrın 1-də havaların isti olması ilə izah etdilər və dərslərin başlanğıcını sentyabrın 15-nə keçirdilər.
Daha sonra 2016-cı ildən etibarən isə Nazirlər Kabineti tədris ilinin 2 həftə - iyunun 14-nə qədər uzadılması haqqında qərar qəbul edib.
Bir neçə gün əvvəl isə Təhsil Nazirliyi bildirib ki, tədris ilini daha 2 həftə uzatmağı planlaşdırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun