İranın Şiraz şəhərində partlayış: onlarla insan xəsarət alıb

İranın Şiraz şəhərində partlayış: onlarla insan xəsarət alıb
3 İyun 2017
Mətni dəyiş
İranın cənubundakı Şiraz şəhərinin ticarət mərkəzində baş verən partlayış nəticəsində 30-dan artıq insan xəsarət alıb, dövlət mediası xəbər verir.
İRNA agenliyinə əsasən partlayış səsini hadisə yerindən xeyli aralıda yerləşən rayonlarda eşidiblər.
Məlumata əsasən zərbə dalğası ətraf binalarda pəncələri sındırıb.
Partlayışdan sonra yanğın başlayıb.
Sosial mediadakı videolarda alovun yaşayış mənzillərinin yerləşdiyi ikinci mərtəbəyə çatdığını görmək olar.
Partlayışa səbəb qaz sızması ola bilərdi, şəhərin yanğından mühafizə qurumuna istinadən İranın dövlət mediası xəbər verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun