Gürcüstan daxili işlər nazirinin birinci müavini istefaya göndərildi

Gürcüstan daxili işlər nazirinin birinci müavini istefaya göndərildi
11 İyun 2017
Mətni dəyiş
Gürcüstanın daxili işlər naziri Georgi Mgebrishvili birinci müavini Besik Amiranashvili-ni istefaya göndərib.
Abzas.net xəbər verir ki, daxili işlər nazirinin əmri iyunun 9-da verilib. Nazir bildirib ki, bundan sonra işdən çıxardığı birinci müavinin də vəzifələrini özü icra edəcək:
“Bugündən etibarən kriminal polisə mən nəzarət edəcəm, buna həmçinin Tbilisi və regionlar üzrə departamentlər də aiddir. Həmçinin Mərkəzi Kriminal Polis Departamenti və Patrul Polis Departamenti də mənim nəzarətimə keçir”.
Amiranashvili 2016-cı ilin yanvar ayından nazirin birinci müavini vəzifəsini tuturdu. O, patrul polisi və mərkəzi kriminal polisinin departamentini kurasiya edirdi. Müavinin işdən azad edildiyini nazir patrul polisi departamentinin əməkdaşları ilə keçirdiyi müşavirədə elan edib.
Nazir müavininin istefaya göndərilməyindən əvvəl Azərbaycan parlamentinin insan hüquqları komitəsinin hakim partiyadan olan üzvü, deputat Elman Nəsirov mətbuata müsahibəsində bildirib ki, jurnalist Əfqan Muxtarlının saxlanması Gürcüstan və Azərbaycanın birgə “uğurlu” xüsusi əməliyyatının nəticəsi idi.
"Bu birgə addım Azərbaycan və Gürcüstan xüsusi xidmətlərinin işinin nəticəsi idi. Azərbaycan xüsusi xidmətləri peşəkarlıqla işləyiblər və Muxtarlının hər-hansı problem və qarşıdurma olmadan Azərbaycana gətirə biliblər".
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Elman Nəsirovun jurnalist Əfqan Muxtarlının oğurlanmasının Gürcüstan və Azərbaycanın birgə xüsusi əməliyyatı olduğu haqqında iddialarına cavab olaraq bəyanat yayıb.
Gürcüstan DTX öz bəyanatında bu iddiaları qətiyyətlə təkzib edib və deputatın açıqlamasının həqiqətə uyğun olmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun