Ermənistan müdafiə naziri 8 Azərbaycan hərbiçisinin öldürüldüyünü bildirir

Ermənistan müdafiə naziri 8 Azərbaycan hərbiçisinin öldürüldüyünü bildirir
28 İyun 2017
Mətni dəyiş
Son 10 gündə Azərbaycan Silahlı Qüvvələri 8 hərbiçisini itirib. Bu barədə çərşənbə günü Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
"Təsdiq edilmiş məlumatlara əsasən, 10 gündə Azərbaycan tərəfi 8 qurban verib, təsdiq edilməmiş məlumatlara görə onların sayı daha da çoxdur", deyən nazir əlavə edib ki, bu, Ermənistan tərəfin "uğurlu cəza tədbirlərinin" nəticəsi olub.
O, həmçinin iddia edib ki, həlak olan Azərbaycan hərbiçiləri dəfn edilməyib və Azərbaycan mətbuatında onlar haqqında məlumat yoxdur.
Bir neçə gün əvvəl Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin diversiya qrupunun 4 üzvünün öldüyü haqqında məlumatlarını təkzib edib.
Sarkisyanın həlak olan səkkiz nəfər barədə məlumatı haradan götürdüyü aydın deyil. O, həmçinin Azərbaycan hərbiçilərinin harada və hansı şəraitdə həlak olduğunu da bildirməyib.
Azərbaycanın Müdafiə Nazirliyi hələlik Sarkisyanın sözlərini şərh etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun