Daşqın Ağalarlı Gürcüstandan deportasiya edilməyəcək

Daşqın Ağalarlı Gürcüstandan deportasiya edilməyəcək
10 İyun 2017
Mətni dəyiş
Tiflisdə məskunlaşan azərbaycanlı fəal Daşqın Ağalarlı Gürcüstandan deportasiya edilməyəcək.
Bu barədə onun özü Azadlıq Radiosuna müsahibəsində deyib. D.Ağalarlı bildirib ki, iyunun 8-də Gürcüstanın rəsmi qurumları onu və oğlunu məlumatlandırsalar da, narahatlığı davam edir.
Ona Gürcüstanı tərk etmək üçün iyunun 10-na qədər vaxt verilmişdi:
"İyunun 8-də əvvəl oğlumla məni Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə dəvət etdilər və deportasiya olunmamağımla bağlı sənəd verdilər. Bu sənəd əsasında biz yalnız Gürcüstan ərazisində sərbəst hərəkət edə bilərik. Sadəcə, yaşamaq üçün lazım olan digər şərtlər bizə, hələlik, verilmir. Maraqlısı budur ki, deportasiya olunmayacağımızı Əfqan Muxtarlının oğurlanmasından sonra mən də bilirdim. Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər. Əsas problem odur ki, pasportumuzu qaytarmırlar. Martın 21-də mənim oturumum ləğv olunduqdan dərhal sonra pasportum özümə qaytarılmalıydı ki, tələb olunan vaxt ölkəni tərk edə bilim. Onların verdiyi məhdud sənəddən başqa əlimdə ikinci sənədim yoxdur. Mən istəsəm də, ölkəni tərk edə bilmərəm. Övladımın da pasportu yoxdur. Onsuz da bu ölkəni tərk etmək imkanında deyiləm. Amma pasportumun qaytarılmaması şübhələr yaradır. Bu şübhə hamıda var, ola bilsin, bizə verilən müddət bitəndən sonra prokurorluq ekstradisiya məsələsini qaldırsın. Bu, inandırıcı görünməsə də, pasportun geri verilməməsinin başqa izahı yoxdur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun