Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib

Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib
5 İyun 2017
Mətni dəyiş
Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib.
Yəmən və Liviya da Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynə qoşulub.
Rəsmi Sana Qətəri Yəmən ərazisində ekstremist qruplara dəstək verməkdə günahkar adlandırıb.
Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.
Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun