Cəmil Həsəlinin ABŞ-da növbəti kitabı dərc edilib

Cəmil Həsəlinin ABŞ-da növbəti kitabı dərc edilib
5 İyun 2017
Mətni dəyiş
ABŞ-ın nüfuzlu YUTA press universitet Cəmil Həsənlinin "Azərbaycanın sovetləşdirilməsi" adlı yeni araşdırmasını kütləvi tirajla nəşr edib.
"Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər" seriyasından olan bu monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən bəhs olunur.
Birinci Dünya müharibəsi və Rusiyada çarizmin çöküşündən sonra Azərbaycanın əldə etdiyi istiqlalı möhkəmləndirmək cəhdləri və Moskvanın bu müstəqilliyə təcavüzü, Qafqazı işğal edərək sovetləşdirməsi C.Həsənlinin yeni monoqrafiyasının əsasını təşkil edir.
Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.
Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilis dilli dünyaya geniş məlumat verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun