Britaniyada seçkilər: Theresa May "istefaya çıxmaq niyyətində deyil"

Britaniyada seçkilər: Theresa May "istefaya çıxmaq niyyətində deyil"
9 İyun 2017
Mətni dəyiş
Böyük Britaniyada seçki nəticələrinin böyük hissəsinin hesablanmasından sonra, parlamentində ən iri partiya kimi Mühafizəkarların olacağı müəyyən olub.
Bu o deməkdir ki, Baş Nazir Theresa May seçkiyə çağırış etməmişdən əvvəl əlində olan bir neçə yeri itirib.
İlkin seçki nəticələrinə görə, Britaniya parlamenti bir partiyadan asılı olmaya bilər.
Belə bir nəticə 2010-cu il ümumi seçkilərdən sonra da yaşanıb.
BBC müxbiri David Dimbleby deyir ki, Mühafizəkarların çoxluq üçün lazım olan 326 yerlik hədəfə "çatmağa yolu yoxdur".
"Theresa May müəyyənlik və sabitlik üçün seçkilərə getdi, amma tamamilə iflasa uğradı", Devid bildirib.
BBC-nin proqnozlarına görə, Parlamentdə Mühafizəkar partiyasının 312, Leyborislər partiyasının 260, Şotlandiya Milli Partiyasının (SNP) isə 35 yer tuta bilər.
Seçkilərin iqtisadiyyata təsiri
Simon Jack, BBC-nin biznes redaktoru
Britaniya siyasəti növbəti dəfə beynəlxalq bazarları alt-üst edib. Theresa May-in partiyasının mütləq əksəriyyət qazanacağına dair ümidlər puça çıxdıqdan sonra funt kəskin şəkildə dəyərini itirib.
"Havadan asılı parlament" vəziyyəti adətən birjaların xoşuna gəlməyən qeyri-müəyyənliyin yaranmasına səbəb olur.
Britaniya valyutası ölkənin Aİ-dən çıxması barədə Brexit qərarından sonra dəyərini itirmişdi.
Treyderlər arasında May-in "yumşaq Brexit" barədə vədinin daha real omasına əminliyin artması ilə funt öz məzənnəsini bərpa etdi.
O, vaxt investorlar Brexit-in yaradacaq iqtisadi şokdan ehtiyat edirdilər. Daha sərt Brexit daha güclü sarsıntı demək idi.
Bu il Leyborislər partiyası əlavə 33 yer tuta bilib, Mühafizəkarlar isə 15 yer itirib.
Nəticələr yavaş-yavaş bəlli olarkən, Leyboristlərin lideri Jeremy Corbyn Baş Naziri istefaya çağırıb, amma Theresa May ölkənin "stabilliyə ehtiyacı olduğunu" deyib.
Baş Nazir Theresa May "sabitlik dövrü" vəd edir, amma onun çoxluğun əlçatmazlığını qəbul edəcəyi proqnozlaşdırılır.
Doqquz nazir öz yerini itirib.
Mühafizəkarlar partiyası səs çoxluğu uğrunda mübarizə apararkən funtun dəyəri dollara nisbətdə kəskin aşağı düşüb.
Britaniyada İcmalar Palatasında 650 deputat yeri var, seçkiləri 326 deputatı seçilən qazanır. Hazırda Mühafizəkarlar 303, Leyboristlər 256 səsə malikdir.
Britaniyada seçkilərin son nəticələri cümə günü günorta bəlli olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun