Braziliya prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb
27 İyun 2017
Mətni dəyiş
Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb
Reuters agentliyinin məlumatına görə, baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.
Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.  Bununla belə, ölkə prezidentinə yaxın koalisiya ittihamın rədd ediləcəyinə əmindir.
May ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali Məhkəməsinə göndərilən səs yazısı olub. Məlumata görə, səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.
Braziliyanın sabiq prezidenti Dilma Russeff korrupsiya qalmaqalına görə istefaya gedib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun