BNA: “Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub

BNA: “Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub
27 İyun 2017
Mətni dəyiş
Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.
“Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 (“Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut  avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun