Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artıb

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artıb
3 İyun 2017
Mətni dəyiş
Bu ilin 5 ayı ərzində Gürcüstana gələn turistlərin sayı 25% artıb. APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu barədə mətbuat konfransında Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Giorgi Çoqovadze məlumat verib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından başlayaraq may ayı da daxil olmaqla ölkəyə 2 329 677 turist gəlib və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 206 736 nəfər çoxdur.
Təkcə may ayında Gürcüstana 552 958 turist gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29 867 nəfər və ya 5,7% çoxdur.
G. Çoqovadze 5 ay ərzində Azərbaycandan gələn turistlərin sayında 5% artım olduğunu vurğulayıb. O, hesabat dövründə  Ermənistandan Gürcüstana gələn turistlərin sayının 13,2%, Rusiyadan gələnlərin sayının 22,1%, İrandan gələn turistlərin sayının 3,24 dəfə artığını bildirib. Bu ölkələrin əksinə Türkiyədən Gürcüstana səfər edənlərin sayında 17,8%-lik azalma qeydə alınıb.
Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlərin sayında ənənəvi olaraq artım tempi qorunur. Belə ki, Hollandiyadan Gürcüstana gələn turistlərin sayı 34%, Almaniyadan 27%, Fransadan 27%, Böyük Britaniyadan 22% və Polşadan 21% artıb. Bildirilib ki, İrandan Gürcüstana səfər edənlərin sayı 3,24 dəfə, Özbəkistandan 2,9 dəfə, Hindistandan 2,23 dəfə, İsraildən 55% və Çindən gələn turistlərin sayında 40% artım olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun