Azərbaycanda elmi-tədqiqat xidmətlərinə az vəsait xərclənir

Azərbaycanda elmi-tədqiqat xidmətlərinə az vəsait xərclənir
30 İyun 2017
Mətni dəyiş
Azərbaycanda bir çox hallarda elm müəssisələrində elmi-tədqiqat xidmətləri haqqının ödənilməsi üzrə vəsait az proqnozlaşdırılır.
“Report”un verdiyi xəbərə görə, bunu Hesablama Palatasının üzvü, auditor Firsənd Qurbanov Palata tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm müəssisələrində aparılmış audit tədbirlərinin nəticələrinə əsaslanaraq məlumat verib.
Onun sözlərinə görə, həmin vəsaitlər “Sair xərclər” paraqrafında nəzərdə tutulur ki, bu da icra prosesində proqnozlaşdırılmış vəsaitin elmi proqramlardan kənar xərclərin maliyyələşdirilməsinə yönəldilməsinə şərait yaradır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun