Azərbaycan: Formula 1 sərbəst yürüşlərində iki qəza törədilib

Azərbaycan: Formula 1 sərbəst yürüşlərində iki qəza törədilib
23 İyun 2017
Mətni dəyiş
Cümə günü Formula 1 Azərbaycan Grand Prix-ində baş tutan ikinci sərbəst yürüşündə qəza olub.
Renault komandasının pilotu Jolyon Palmer səkkizinci döngədə səddə çırpılıb.
Bir neçə saat əvvəl baş tutan birinci sərbəst yürüş zamanı da Force İndia-nın meksikalı pilotu Sergio Perez qəza törədib.
Pilotlardan heç biri xəsarət almayıb.
Formula 1 pilotları arasında sonuncu sərbəst yürüş iyunun 24-də günorta saatlarında baş tutacaq.
İlk sərbəst yürüşündə ən yaxşı nəticələri isə Red Bull Racing komandasının pilotları olub.
"Şəhər halqası boyunca hamıdan sürətli Maks Ferstappen oldu, komanda yoldaşı Daniel Rikkardo isə cəmi yarım saniyə geridə qalıb. Çempionatın hazırkı lideri Sebastian Fettel üçüncü oldu", Bakı Şəhər Halqasının məlumatında deyilir.
Formula 1 Grand Prix yarışlarında həlledici oyun iyunun 25-də keçiriləcək.
Azərbaycanda Formula 1 Grand Prix yarışları cümə günü start götürüb.
Bu yarış ikinci ildir ki Azərbaycanda keçirilir.
Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir və yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı isə 2 pilot təmsil edir.
Bakıda Formula 1 Grand Prix yarışları ilk dəfə 2016-cı ildə keçirilib və həmin yarışın qalibi italiyalı pilot Antonio Giovinazzi olub.
Azərbaycan təşkilatçıları Formula 1 Grand Prix yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Ötən ilin fevralında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu yarışlar Azərbaycanda 5 il "məcburi" keçiriləcək.
Onun sözlərinə görə, Azərbaycan müqavilənin ilk 5 ili bitməmiş qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.
Yarışlar Bakının mərkəzi küçələrində keçirilir. Bu səbəbdən həmin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun