“Azərkosmos” “Formula-1”- Azərbaycan Qran-Prisi yarışlarının peyk yayım təchizatçısı olub

“Azərkosmos” ASC Azərbaycan Qran-Prisi çərçivəsində “Bakı Şəhər Halqası”nda keçirilən dünyanın nüfuzlu idman yarışlarından olan “Formula-1” yarışlarının görüntülərinin yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı olub.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azərkosmos” yarışların 24-25 iyun tarixində keçirilən sıralanma turu və pilotların düzülüş mərhələsi kimi ən maraqlı anlarının Avropa, eləcə də, dünyanın digər qitələrindəki milyonlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayıb.
Əvvəlki məqaləBakı Zooparkında yenidənqurma işləri başlayır
Növbəti məqalədəNATO Əfqanıstana əlavə hərbçi göndərəcək