Avropa Məhkəməsində daha iki jurnalistin işi üzrə kommunikasiya başlayıb

Avropa Məhkəməsində daha iki jurnalistin işi üzrə kommunikasiya başlayıb
7 İyun 2017
Mətni dəyiş
Avropa Məhkəməsi daha iki iş üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
Abzas.net xəbər verir ki, mərhum yazıçı Rafiq Tağıyev və Samir Hüseynovun (Samir Sədaqətoğlu) işi üzrə Avropa Məhkəməsində kommunikasiya başlayıb.
Onların nümayəndəsi mərhum vəkil İsaxan Aşurov olub. 2006-cı ildə Rafiq Tağının "Biz və Avropa" adlı məqalə Sənət qəzetində dərc edilib. Məqalə dərc olunandan sonra publisist və qəzetin baş redaktoruna qarşı cinayət işi qaldırılıb.
Səbail rayon Məhkəməsi CM-nin 283-cü maddəsi ilə onları təqsirli bilib R.Tağını 3 il, S.Hüseynovu 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Daha sonra onlar prezidentin əfv fərmanı ilə azadlığa çıxıblar.
Avropa Məhkəməsi Konvensiyanın 10 (ərizəçilərin ifadə azadlığına müdaxilə baş veribmi) və 7-ci maddələrinin (ərizəçilərin məhkum olunmasına dair akt milli qanunla cinayət ittihamı sayılırmı) pozuntusunun olub olmaması ilə bağlı hökümətə suallar ünvanlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun