Avropa Məhkəməsi müxalifətçilərin işi üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi müxalifətçilərin işi üzrə kommunikasiyaya başlayıb
7 İyun 2017
Mətni dəyiş
Avropa Məhkəməsi Tofiq Yaqublu, Ramiz Əhədov, Zərifa Mahəddinova, Natavan Səlimzadə, Kəmalə Xəlilova və Mardanə Hüseynovanın işi üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
Abzas.net xəbər verir ki, Avropa Məhkəməsində Tofiq Yaqublunun nümayəndəsi Akif Əlizadə, digər ərizəçilərin nümayəndəsi isə İntiqam Əliyevdir.
2 aprel 2011-ci ildə Bakı şəhərində keçirilən müxalifətin mitinqində iştirak edən Tofiq Yaqublu və R.Əhədov həbs olunub və Nəsimi RPİ-də pis rəftara məruz qalıb, daha sonra inzibati həbs olunublar.
Digər ərizəçilər 2012-ci ilin 14 və 21 may tarixlərində İctimai Palatanın keçirdiyi aksiyalarda iştirak ediblər. Onlar polis nəfərləri tərəfindən pis rəftara məruz qalıblar. Onların verdikləri şikayətlər isə istintaq orqanı tərəfindən effektiv araşdırılmayıb və cinayət işinin başlanması rədd edilib.
Avropa Məhkəməsi Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ) maddəsi üzrə hökümətə suallar ünvanlayıb. Həmçinin, Yaqublu işində 5.1 (azadlıq hüququ), 6.1, 6.3 (müdafiəçinin xidmətindən istifadə etmə, müdafiəsinə hazırlaşma, şahidləri dindirməyə lazımi şəraitin yaradılması), 11 (sərbəst toplaşmaq azadlığı) maddələrinin, Mahəddinova və digərlərinin işi üzrə 11 -ci maddənin pozuntusunun olub olmaması ilə bağlı suallar da ünvanlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun