Avropa Məhkəməsi "heykəl məhbuslarının" şikayətini icraata götürüb

Avropa Məhkəməsi "heykəl məhbuslarının" şikayətini icraata götürüb
23 İyun 2017
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətini icraata qəbul edib.
Bu haqda məhkəmənin məlumatında bildirilir.
İcraata qəbul edilmiş şikayət gənc fəalların mənzillərində axtarış aparılması və qanunsuz götürmə hərəkətinin edilməsi ilə bağlıdır.
Qiyas İbrahimovBayram Məmmədovun vəkilləri onların mənzillərində axtarışın və götürmənin qanunsuz sayılması tələbi ilə ölkə daxilində məhkəməyə şikayətlər etsələr də həmin müraciətlər rədd olunub.
AİHM-ə şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarını pozub.
Məhkəmədən həmin maddələrin pozuntusunun tanınması, bunun kompensasiya edilməsi istənilir.
Xatırlatma
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun