Avropa İttifaqı müdafiə əməkdaşlığına dair razılıq əldə edib

Avropa İttifaqı müdafiə əməkdaşlığına dair razılıq əldə edib
25 İyun 2017
Mətni dəyiş
Avropa liderləri Brüsseldə sammitdə iştirak edib. Onların əsas müzakirə mövzusu təhlükəsizlik olub. Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, liderlər kəşfiyyat mübadiləsi və müdafiə xərclərində daha çox əməkdaşlıq etmək üzərində razılaşıblar.
“Biz ABŞ-ın hərbi büdcəsinin yarısı qədər pul xərcləyirik, amma səmərəliliyimiz 15 faizdir. Bizim təkmilləşdirəcəyimiz daha çox şeyimiz var və biz bu gün bununla bağlı bir qərar verdik”, - Juncker deyib.
Miqrant məsələsi
Sammitin keçirildiyi binanın qarşısında isə qaçqınlardan ibarət "Syrians Got Talent" adlı qrup Aİ liderlərini miqrantların haqlarını müdafiə etməyə çağırıb.
Amma bütün Avropa bu əhval-ruhiyyəni bölüşmür. Avropa İttifaqı qaçqın kvotalarını qəbul etmədikləri üçün Macarıstan, Polşa və Çex Respublikasını məhkəməyə verəcək.
2017-ci ildə Aralıq Dənizindən Avropaya 81 mindən çox miqrant keçib, 2 min nəfər isə ölüb.
İlk Avropa İttifaqı sammitində iştirak edən Fransa prezidenti Emmanuel Macron Avropanın böhranın səbəblərini həll etməyə çalışacağını deyib.
O bildirib ki, bu, uzun-müddətli bir problemdir və bu problemin uzun-müddətli həllinə Afrika və Yaxın Şərqin sabitləşdirilməsi daxildir.
Avropa İttifaqında nikbinlik
London Kral Kollecinin Dəyişən Avropa proqramının professoru Anand Menon-un dediyinə görə, çətinliklərə baxmayaraq, ittifaqda yenidən nikbinlik yaranıb.
“Avrozona yenidən böyüyür. Hər şey çox yaxşı görünür”, Menon deyib. “Amma məncə Avropa İttifaqının miqrasiya böhranı, Avrozona böhran və ya Macarıstan və Polşa kimi ölkələrdə geriləmə problem kimi, üzləşdiyi əsas struktur problemləri ötən illə müqayisədə heç də həll olunmağa yaxın deyil”, o deyib.
Sammitdə Britaniyanın ittifaqdan çıxışı da müzakirə olunacaq. Avropa İttifaqı liderləri baş nazir Teresa May-in Britaniyada yaşayan Avropa vətəndaşlarının haqları ilə bağlı təklifini “gözləntilərin altında” olduğunu və qarşıdan onları çətinin danışıqlar gözlədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun