ATƏT-in media ilə bağlı konfransı başlayıb

ATƏT-in media ilə bağlı konfransı başlayıb
20 İyun 2017
Mətni dəyiş
İyunun 19-da ATƏT-in Avstriyanın paytaxtı Vyanadakı ofisində "Qeyri-stabilliklərdə media azadlığı" adlı konfransı başlayıb.
Konfrans iki gün - 19-20 iyun tarixlərində davam edəcək. Bu barədə ToplumTV məlumat verib.
Xəbərə görə, tədbirin ilk günü gündəlikdəki əsas mövzular bunlardır: "İşgəncənin və zədələyəci hadisələrin işıqlandırılması,məqsədyönlü araşdırma "Avdeevka – ön planda”, Kiprdə sülhün əldə olunması üçün jurnalist fəaliyyətinin keyfiyyətinin artırılması, münaqişəli ərazilərdə informasiyanın əldə olunması,dezinformasiya və manipulyasiyaya qarşı media və internet savadlılığı".
Tədbirin növbəti günü jurnalistlərin təhlükəsizliyi və onlara qarşı törədilmiş cinayətin cəzasız qalması,münaqişəli şəraitdə KİV-in özünü idarəetməsi, propaqanda və dezinformasiyanın demokratiyaya təhdidi və digər mövzular müzakirə olunacaq.
Konfransda Azərbaycandan olan hökumət və müstəqil media təmsilçiləri də iştirak edirlər.
Tədbir yekun plenar iclasla başa çatacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun