"Apple" yeni planşetini təqdim edib

"Apple" yeni planşetini təqdim edib
6 İyun 2017
Mətni dəyiş
"Apple" korporasiyası "iPad Pro" planşet kompüterinin yeni modelini təqdim edib.
Bu və bir sıra digər yeniliklər təqdimatı "Apple" proqram təminatı tərtibatçılarının San-Xose şəhərində (Kaliforniya ştatı) keçirilən konfransında baş tutub.
Yeni "iPad Pro" 10,5 dyüm diaqonallı "Retina" ekranı, 12 meqapiksellik əsas kamera, həmçinin təkmilləşdirilmiş prosessora malikdir. Planşet ekranı 9,7 və 13 dyümlük mövcud "Pro" modelləri silsiləsinə əlavə olunacaq. Yeni model 4K-videonu dəstəkləyəcək, yeni prosessor isə qurğunun məhsuldarlığını 30%-dək artıracaq.
Yeni "iPad Pro"nun qiyməti 649 dollardan (yaddaşı 64 qiqabayt olan modelə görə) başlayır. Planşetin gələn həftədən ABŞ-da satışa çıxarılacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun