ABŞ Dövlət Departamenti Trampın immiqrasiya fərmanını icra edəcək

ABŞ Dövlət Departamenti Trampın immiqrasiya fərmanını icra edəcək
27 İyun 2017
Mətni dəyiş
ABŞ Dövlət Departamenti ölkə prezidenti Donald Trampın immiqrasiya fərmanının maddələrinin Ali Məhkəmənin qərarından 72 saat sonra tətbiqinə başlanması niyyətindədir.
RİA "Novosti"nin məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.
Daha əvvəl, iyunun 26-da ABŞ Ali Məhkəməsi prezident Donald Trampın immiqrasiya fərmanı üzrə işi dinləməyə razılıq verib, dinləmələr müddətində sənədi blok edən aşağı məhkəmələrin qərarlarının əksəriyyəti dayandırılıb.
Hakimlər, həmçinin işin məhkəmədə olduğu müddətdə administrasiyaya immiqrasiya fərmanının müddəalarını qismən tətbiq etmək hüququ verib. Eyni zamanda, immiqrasiya fərmanı ABŞ-da yerləşən şəxslər və ya təşkilatlarla əlaqələrinin həqiqiliyini təsdiq edə bilməyən əcnəbilərə keçərlidir.
Dövlət Departamenti, həmçinin Ədliyyə və Milli Təhlükəsizlik nazirlikləri ilə görüşdükdən sonra fərmanın icrası haqqında ətraflı məlumat veriləcəyini öhdəsinə götürüb.
Qurum turizm və qaçqınlarla iş sahəsindəki tərəfdaşlarına məlumat verməyə boyun olub.
Ötən həftə sayca ikinci dəfə Apellyasiya Məhkəməsi D.Trampın əhalisi əsasən müsəlmanlar olan altı ölkənin vətəndaşlarının ABŞ-a daxil olmasını müvəqqəti qadağan edən fərmanının bloklanmasını təsdiqləyib. Fərmanın dayandırılması haqqında qərar San Fransisko 9-cu Dairə Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Daha əvvəl oxşar qərar Riçhmonddakı (Virciniya ştatı) 4-cü Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.
D.Tramp immiqarsiya fərmanı ilə İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının 90 gün müddətində ABŞ-a daxil olmasını dayandırmaq niyyətində olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun