"Ərdoğanın G-20 zirvəsi xaricində açıqlama verməsi doğru olmaz" - Almaniya Xarici İşlər Naziri

"Ərdoğanın G-20 zirvəsi xaricində açıqlama verməsi doğru olmaz" - Almaniya Xarici İşlər Naziri
29 İyun 2017
Mətni dəyiş
G20 zirvəsi öncəsi Ankara-Berlin münasibətləində gərginlik son həddə çatıb.
Abzas.net xəbər verir ki, Sosial-Demokratlar Partiyasının lideri Martin Şultsdan sonra bu dəfə Almaniya Xarici İşlər Naziri Sigmar Gabriel Ərdoğan haqqında açıqlama verib.
Gabriel: "İki ölkə arasındakı gərginliyi nəzərə alsaq, Ərdoğanın G-20 xaricində jurnalistlər önünə çıxmağı doğru olmaz".
Rusiyanın Krasnodar şəhərinə səfəri zamanı onunla bərabər gedən jurnalistlərin suallarını cavablayan Gabriel bildirib ki, "Ərdoğanın Almaniyadakı Türk vətəndaşlarına müraciət etməsi üçün Ankara rəsmi olaraq icazə tələb edib".
"Reuters"-in xəbərinə görə, Gabriel iki həftə öncə Ankara rəhbərliyinə bu mövzuda rəsmi icazə istəməmələrini tövsiyə etmişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun