Əfqan Muxtarlı Gürcüstanın səfiri ilə görüşmək istəyir

Əfqan Muxtarlı Gürcüstanın səfiri ilə görüşmək istəyir
7 İyun 2017
Mətni dəyiş
Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Bu barədə vəkilin özü məlumat verib.
Abzas.net xəbər verir ki, Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşmək istədiyini bildirib.
"Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirinin onunla görüşməsini və Tiflisdə oğurlanmasına aydınlıq gətirilməsini istəyib. Bundan əlavə bəzi məqamlar da var ki, o suallara səfirin özü cavab verməlidir"- vəkil deyib.
Əfqan Muxtarlı bildirdi ki, adam oğurluğuna göz yuman dövlətin vətəndaşı olmaq istəmir. O bildirib ki, bu məsələnin ciddi araşdırılmasını və təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmalıdırlar.
"Bütün hallarda Gürcüstan hakimiyyəti onun oğurlandığı küçələrdəki video görüntüləri yaymalıdır. Həmçinin Gürcüstanın Laqodexi rayonu ərazisində yerləşən sərhəd nəzarət məntəqəsinin video lentini də yaymalıdır. O görünülərdə Əfqan Muxtarlının avtomobillə Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aparıldığı görüləcək. Ondan əlavə, həmin görüntülər sayəsində Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşlarının onu Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verdikləri öz təsdiqini tapacaqdır", - Elçin Sadıqov bildirib.
Muxtarlı mayın 29-da Gürcüstanda yoxa çıxıb, növbəti gün isə Azərbaycanda ona qarşı sərhədi pozma, qaçaqmalçılıq, sərhəd xidmətçisinə qarşı zorakılıq ittihamları irəli sürülüb və həbs olunub.
Muxtarlı ittihamları təkzib edib və bildirib ki, Gürcüstanda həbs edilib və Azərbaycan hakimiyyətinə təhvil verilib.
Muxtarlının həmkarları əmindirlər ki, o, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktları və insan hüquqlarının pozulması faktları ilə bağlı jurnalist araşdırmalarına görə siyasi motivlərlə təqib olunur.
ABŞ və Aİ oğurlanma haqqında məlumatları araşdırmağa və Əfqan Muxtarlını azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun