Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq

Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq
1 May 2017
Mətni dəyiş
Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Yekaterinburqdan Lənkərana mütəmadi aviareyslər yerinə yetirəcək.
"Report"un məlumatına görə, aviaşirkət qeyd edilən istiqamət üzrə uçuşlar həyata keçirmək üçün "Rosaviasiya” İdarəsindən müvafiq icazə alıb.
Aviaşirkət Yekaterinburq-Lənkəran reyslərini həftədə 3 dəfə həyata keçirməyi planlaşdırır.
"Aviaşirkət, həmçinin Moskva və Sankt-Peterburqdan da Lənkərana uçmağı planlaşdırır", - deyə məlumatda əlavə edilib.
Hazırda Yekaterinburqun Koltsovo beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar yerinə yetirilir. Uçuşları "Ural Airlines" icra edir.
Koltsovo beynəlxalq hava limanı mart ayının sonundan yay qrafikinə keçib. Bu mövsümdə Yekaterinburqdan 34 aviaşirkət 79 istiqamət üzrə uçuşlar yerinə yetirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun