Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi alıb

Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi alıb
11 May 2017
Mətni dəyiş
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb.
"GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.
Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.
Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun